Azərbaycan Memarlıq və İnşaat Universiteti beynəlxalq quruma üzv seçilib
23.11.2016

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) “Enerji təchizatı və effektivliyi” adlı beynəlxalq tədbirdə universitetlərin əməkdaşlıq şəbəkəsi olan NESEFF-ə (Network for Energy supply and Energy Efficiency- Enerji təchizatı və Enerji Səmərəliliyi Şəbəkəsi) üzv kimi qəbul olunub.

Universitetdən bildiriblər ki, bu qurumda Almaniya, Rusiya, Ukraynanın universitetləri təmsil olunur. Azərbaycandan AzMİU ilə yanaşı, Azərbaycan Texniki Universiteti də NESEFF-in üzvüdür.

azertag.az