Azərbaycanın şəhər və rayonlarında xoreoqrafiya sənəti tədris olunur
23.11.2016

Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi müdirinin müavini, dünya xalq rəqsləri üzrə peşəkar müəllim Kamilə Əliyeva və klassik rəqs kafedrasının müəllimi Mehriban Nəzərova Hacıqabul, Sabirabad, Salyan və Biləsuvar rayonlarındakı mədəniyyət müəssisələrinin xoreoqrafiya sahəsi üzrə mütəxəssisləri üçün ustad dərsləri keçiblər.

Akademiyadan bildirilib ki, dərslər Azərbaycanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərində tədrisin keyfiyyətinin artırılması məqsədilə təşkil olunub.

azertag.az