Öskürəyi sağaldan sadə TƏBİİ VASİTƏ
23.11.2016

Soyuq fəsillərdə nəfəs yolları iltihablarına çox tez-tez təsadüf edilir. Öskürəyin, bronxitin müalicəsi zamanı bəlğımgətirici vasitələrdən istifadə olunur.
Bu vasitələr nəfəs yollarını selikdən və mikroblardan təmizləyir. Apteklərdə çoxlu sayda sintetik bəlğəmgətirici vasitələr satılır. Onları yalnız həkimin təyini ilə istifadə etmək olar.
Xalq təbabəti də çox effektli bəlğəmgətirici vasitələri təqdim edir. Bu vasitələrdən biri mixəkli süddür.
Mixək çox güclü iltihab, virus və mikrobəleyhinə təsirə malikdir. Mixekli süd öskürək, bronxit, boğaz iltihabı zamanı əvəzedilməz vasitədir.
Mixəkli süd hazırlamaq üçün 3 mixək həvəngdəstədə yaxşı əzilir, üzərinə 1 stəkan isti (qaynar yox!) süd əlavə olunur, 20 dəqiqədən sonra süd süzülür və ilıq halda içilir.

saglamolun.az