Hər gün bir yumurta yemək nə üçün faydalıdır?
23.11.2016

Yumurta ən faydalı qida məhsullarından biridir. Onun tərkibi dəmir, amin turşuları və antioksidantlarla zəngindir.
Orqanizm düzgün fəaliyyət göstərməsi üçün bədənimiz 11 əvəzolunmaz yağ turşuları istehsal edir, yumurtanın tərkibində isə bunlardan 9-u var. Beynəlxalq Sağlamlıq Mərkəzinin məlumatına görə, bu 9 əsas yağ turşularının çatışmazlığı saçların tökülməsinə, xroniki yorğunluğa, dərinin vaxtından əvvəl qocalmasına, həmçinin immun sisteminin zəifləməsinə səbəb ola bilər.
Beləliklə, müntəzəm surətdə yumurta yeməyin orqanizm üçün faydaları aşağıdakılardır:
Yumurta immun sistemini gücləndirir
Gündə bir yumurta yemək orqanizmin müxtəlif infeksiyalara qarşı mübarizə aparmasına kömək edir. Çünki yumurtanın tərkibi immun sistemi üçün vacib mikroelementlə - selenlə zəngindir.
Yumurta stress və gərginliyi azaldır
Yumurtanın tərkibində psixi sağlamlığına cavabdeh olan əvəzolunmaz amin turşuları var. Hansı ki onlar serotonin hormonlarının istehsalına kömək edərək bədəni ratahlaşdırır və xoş ovqat yaradır.
Yumurta diş və sümüklərin möhkəmlənməsinə də kömək edir
Günəş şüaları ilə yanaşı, yumurta da D vitamininin ən yaxşı mənbəyidir. Bu vitamin diş və sümüklərin inkişafı və artımı üçün həlledici əhəmiyyətə malikdir. Bundan başqa, bu vitamini kalsiumun orqanizm tərəfindən həzm olunmasını və maddələr mübadiləsinin düzgün işləməsini təmin edir.
Yumurta koqnitiv funksiyanı artırır
Yumurtanın tərkibində təfəkkür prosesi üçün faydalı olan birləşmələr və kolin var. Araşdırmalara görə, kolin çatışmazlığı nevroloji pozğunluğa və altsqeymer xəstəliyinin yaranmasına səbəb olur, eləcə də koqnitiv pozuntuların inkişafı riskini artırır.
Yumurta dərini yaxşılaşdırır
Yumurtanın tərkibində həm qaraciyərin düzgün fəaliyyət göstərməsi, həm boyu uzadan, həm görmə qabiliyyətini yaxşılaşdıran, həm saçları sürətlə uzadan, həm də dəri üçün faydalı olan müxtəlif vitaminlər var. Yumurta В12 və В2 vitaminləri ilə çox zəngindir. Tədqiqatlar göstərib ki, B vitamin kompleksi sağlam koqnitiv və sinir sisteminin funksiyasının düzgün işləməsi üçün həlledici əhəmiyyətə malikdir.
Yumurta kəskin çəki itkisini stimullaşdırır
Yumurta toxluq hissi verir, ona görə də səhər yeməyi üçün ideal məhsuldur. Onlar iştahanı və çəki itkisi riskini azaltmağa kömək edəcək. Araşdırmalara görə, səhər yeməyinə yumurta yeyən insanlar gün ərzində daha az kalori qəbul edir.
Yumurta görmə qabiliyyətini yaxşılaşdırır
Yumurtanın tərkibinə görmə qabiliyyətini yaxşılaşdıran iki: lyutein və zeaksantin antioksidantı daxildir. Bundan başqa, onlar katarakta və başqa göz xəstəliklərinin inkişafı riskini azaldır.

saglamolun.az