Titanik gəmisinin aysberqlə toqquşub batmasının gələn il 100 ili tamam olacaq. Gəmiyə aid köhnə fotoşəkillər, yenidən bərpa edilmiş kayutlar, həlak olmuş insanların məktubları və bir çox orijinal əşyalar Kopenhagenin Tivoli parkında nümayiş olunmuşdur. Danimarkadakı “Titanik” ekspozisiyası 2011-ci ilin aprel ayının 10-dan dekabrın 30-na kimi ictimaiyyət üçün açıq elan olunmuşdur.
35 il bundan öncə İus Foreyro tərəfindən toplanmış və İspaniyada təqdim olunmuş eksponatlar artıq 26-cı dəfədir sərgiyə qoyulur.
Xatırladaq ki, Titanik "White Star Line" şirkətinə mənsub olan Olimpik şöbəsinin səfər gəmisidir. Harland və Volf limanlarında istehsal olunmuşdur. 14 aprel 1912-ci ildə ilk səfərə çıxdığı vaxt gecə aysberqə dəyərək, təxminən iki saat qırx dəqiqə içində Atlantik okeanın şimalında batmışdır.
Titanik öz dövründə buxarlı səfər gəmiləri içərisində ən böyüyü idi. Titanikin batmasıyla 1517 nəfər həlak oldu. Onun batması dünya müharibələrindən başqa ən böyük dəniz fəlakətlərindən biri olaraq tarixə düşüb. Titanik batdığı zaman çoxlu sayda insanın həlak olması bir çox səbəblə izah olunurdu. Lakin zaman ötdükcə Titanikdə lazımı qədər avarlı qayığın olmaması həlak olanların say çoxluğunun əsas səbəblərindən biri olaraq müəyyən edildi. Belə ki, Titanikdə 3547 nəfər olmasına baxmayaraq, gəmidə cəmi 1178 nəfərlik avarlı qayıq olmuşdur. Eyni zamanda qadın və uşaqların xilas olunması qabağa salındığı üçün daha çox kişilər həlak olmuşdur.