Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
24.11.2016

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail rayon MKS-nin 1 nömrəli filialının uşaq şöbəsi “Ümid sənədir ancaq” adlı rəsm müsabiqəsi keçirib.

Baş İdarədən bildirilib ki, rəsm müsabiqəsi Xalq Şairi Qabilin anadan olmasının 90 illiyi ilə əlaqədar təşkil olunub.

Şairin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” adlı şeirinə həsr olunmuş müsabiqədə 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak edərək, mövzuya dair rəsmlər çəkiblər.

Müsabiqənin nəticələrinə uyğun olaraq şagirdlərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

azertag.az