Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı öz yaradıcılıq ənənələrinə sadiq qalaraq vokal və balet sənəti ulduzlarının iştirakı ilə tamaşaların nümayişini davam etdirir. Bu sıradan növbəti tamaşa dekabrın 10-da baş tutacaqdır.
Teatrın mətbuat xidmətindən bildirilib ki, həmin gün Opera və Balet Teatrında nümayiş olunacaq P.Çaykovskinin "Qu gölü" baletinin tamaşasında baş rol Odetta-Odilliya partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının prima-balerinası, bu ölkənin Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Tatyana Qolyakova dəvət olunub. Onun tərəf müqabili kimi şahzadə Ziqfrid rolunu isə digər bir ukraynalı balet ulduzu, beynəlxalq müsabiqələr laureatı Viktor İşşuk canlandıracaq.
Tamaşanı Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcək.
azertag.az