Bu binada mənzil alanlar çox yəqin ki, qonaqlara xəbərdarlıq etməli və hovuzda çimməzdən əvvəl onlara riskdən danışmalıdırlar.
Çünki 20-ci mərtəbədə havada qalmış hovuzda üzmək heç adi məsələ deyil.
Arquitectos DCPP dizayn studiyası Perunun paytaxtı Limanın dəbdəbəli məhəllələrindən birində dünyanın ən unikal binalarından birini inşa etməyə hazırlaşır.
Binadakı hər mənzilin hovuzu var və o hovuz binanın əsas korpusundan ayrılmış, sanki havadan asılmış vəziyyətdədir.
Sky Condos adlı binadakı mənzillər baha olacaq.
Milli.Az