Bakının mərkəzində iki iri yeraltı dayanacaq kompleksi idarəetməyə veriləcək.
Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi "Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı"nda deyilir.
Hazırda Bakı şəhər İcra Hakimiyyətinə məxsus yeraltı dayanacaq komplekslərindən biri Səbail rayonu, Azadlıq meydanında, digəri isə Nəsimi rayonu, Füzuli küçəsində yerləşir.
trend.az