Yaponiyanın “Panasonic” şirkəti yuyulmuş paltarları qatlayan robot layihəsinə 60 milyon dollar sərmayə yatırıb.
Şkafa bənzəyən və “Laundroid” adlanan maşının yaradılması üçün “Seven Dreamers” yapon startapı 10 il vaxt sərf edib. Gələn il Yaponiyada robotun satışına başlanacaq.
Cihaz paltarların qatlanması üçün süni intellekt və təsvirlərin tanınması texnologiyasından istifadə edir. Qatlanmış paltarlar avtomatik olaraq cihazın özü tərəfindən içəridəki rəflərə yerləşdirilir.
“Panasonic”dən bildiriblər ki, bu yenilik inqilabi nəticəyə səbəb olacaq, belə ki, statistikaya əsasən insan öz həyatı boyu yuyulmuş paltarların qatlanıb yerbəyer edilməsinə 9 min saat (375 gün) sərf edir.
lent.az