Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 144-cü teatr mövsümünün yeni səhnə əsəri olan “Vəsiyyət” tamaşası noyabrın 29-da teatrsevərlərə növbəti dəfə təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşa, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İkihissəli komediyanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Səhnə əsərində Əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva və başqaları çıxış edəcəklər.
Tamaşanı aktyorlar Dilbər İsmayılova və Vüqar Məmmədov idarə edəcək.
Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyətindən bəhs edir. Həmçinin səhnə əsəri insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyə səsləyir.
azertag.az