“Elektron xidmətlərin təbliğində gənclərin rolu” layihəsinin icrası başa çatdırılıb
25.11.2016

“İrəli” İctimai Birliyinin dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə icra olunan “Elektron xidmətlərin təbliğində gənclərin rolu” layihəsinə yekun vurulub.

İctimai Birlikdən bildiriblər ki, layihə çərçivəsində keçirilən təlimlərdə gənclərə elektron xidmətin növləri, bu sahədə mövcud qanunvericilik bazası, elektron xidmətin üstünlükləri, təşkili, “Asan imza” və onun əldə olunması, elektron imzanın istifadə qaydaları və s. məsələlərlə bağlı məlumat verilib.

Sonra iştirakçılar arasında elektron xidmətlərin təbliği ilə bağlı intellektual oyun keçirilib və qaliblər mükafatlandırılıb.

azertag.az