Azərbaycanlı modelyer Türkiyənin məşhur tikiş fabriki üçün geyim eskizləri hazırlayacaq
22.8.2012

Türkiyədə azərbaycanlı modelyer Fikrət Əliyevin eskizləri əsasında geyimlər hazırlanacaq.

Bu haqda danışan modelyer Türkiyənin ən məşhur tikiş fabriklərindən biri ilə müqavilə bağladığını deyib.

Müqaviləyə əsasən, artıq “Fikret Colliction” ilə həmin tikiş fabriki birgə əməkdaşlığa start verib.

Əsasən “Abiyəlik geyimləri” ilə (tərcümədə “Gecə qiyafətləri” deməkdir) məşğul olan tikiş şirkəti bundan sonra Fikrət Əliyevin eskizləri əsasında geyimlər hazırlayacaq.

Gun.az