Çinli dünyanın ən gözəl qadını seçildi
22.8.2012

“Miss World 2012” gözəllik müsabiqəsinin qalibi çinli Yu Vensya olub. Müsabiqədə ikinci yer Böyük Britaniya təmsilçisi Elizabet Mouldsa, üçüncü yer isə avstraliyalı Mişel Kaxavatiyə nəsib olub.

Qeyd edək ki, gözəllik yarışması Çinin İç Monqolustan muxtariyyətində yerləşən Ordos şəhərində keçirilib. Müsabiqədə 116 ölkənin nümayəndəsi iştirak edib.

sia.az