Metodiki vəsaitlər mədəniyyət işçilərinə təqdim olunub
25.11.2016

Müxtəlif mədəniyyət müəssisələrinin fəaliyyətinə aid Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlərin Bərdədə təqdimatı keçirilib.

Nazirlikdən bildirilib ki, tədbirdə mərkəzin əməkdaşları mədəniyyət müəssisələri üçün hazırladıqları metodiki vəsaitləri təqdim ediblər. Vəsaitlər barədə fikir mübadiləsi aparılıb, müəlliflər verilən sualları cavablandırıblar.

Sonda metodik vəsaitlər mədəniyyət işçilərinə hədiyyə edilib.

azertag.az