Gənc rəssamın “Gözəlliyin bir anı” adlı fərdi sərgisi açılacaq
28.11.2016

Dekabrın 16-da Muzey Mərkəzinin sərgi qalereyasında gənc rəssam Tamilla Həsənovanın “Gözəlliyin bir anı” adlı fərdi sərgisi açılacaq.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq. Rəssamın peyzaj, portret, natürmort və digər janrlarda əsərlərinin nümayiş olunacağı sərgi dekabrın 20-dək davam edəcək.

azertag.az