Azərbaycanda mobil operatorlar teleyayımda istifadə olunan tezliklərdən istifadə edəcək
28.11.2016

Azərbaycanda televiziya yayımında istifadə edilən tezliklər mobil operatorların genişzolaqlı internet xidmətləri üçün istifadə olunacaq.
Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
"Rəqəmsal televiziyaya keçidin mahiyyəti ondan ibarətdir ki, televiziya yayımında istinad edilən tezliklər hazırda boşaldılsın və gələcəkdə yeni texnologiyalar əsasında, xüsusən, mobil texnologiyalar, əşyaların interneti üçün lazım ola biləcək tezliklər şəkildə istifadəsinə imkan yaransın. Hazırda bu istiqamətdə iş aparılır. Güman edirəm ki, tezliklər boşaldıqdan sonra onların yenidən, xüsusən də, mobil xidmətlərin göstərməsi üçün istifadəsi mümkün olacaq" - nazir müavini bildirib.

report.az