Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" klubunun qış hazırlıq planı müəyyənləşib. Klub prezidenti Kamran Quliyev açıqlamasında komandanın Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlarını bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda yanvarın ikinci ongünlüyündə Türkiyəyə üz tutacaq: "Çox güman ki, keçən il olduğu kimi, Antalyaya, qaldığımız həmin məkana üz tutacağıq. Orada çox yaxşı şərait var. Ancaq yoxlama oyunları üçün rəqiblər toplanışa yaxın bilinəcək. Hazırlıq prosesinin 10 - 20 yanvarda olacağı gözlənilir. Hansı komandalarla qüvvəmizi sınayacağımız yanvarın əvvəlinədək bilinəcək. Rəqibi müqavilə bağladıqdan sonra açıqlayacağıq".
Qeyd edək ki, dekabrın 29-da Premyer Liqada 2016-cı ilin son turunun oyunları keçiriləcək. Mövsümün ikinci yarısına isə fevralın 3-də start veriləcək.
report.az