Azərbaycan güləşçilərinin "Qızıl Qran Pri"nin final mərhələlərində son 9 ildə qazandıqları medalların sayı açıqlanıb
28.11.2016

Azərbaycan güləşçilərinin 9 ildir Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən "Qızıl Qran Pri" turnirinin final mərhələlərində qazandıqları medalların sayı açıqlanıb. Azərbaycan güləş Federasiyasının rəsmi saytına istinadən verilən məlumata görə, təşkilatçı ölkə pəhləvanları ümumilikdə 192 medala sahib olublar.
Bunlardan 86-sı - 26 qızıl, 23 gümüş və 37 bürünc medal sərbəst güləşçilərin payına düşüb. Yunan-Roma güləşçilərinin aktivinə 75 medal yazılıb. Onlardan 28-i qızıl, 19-u gümüş, 28-i isə bürünc medaldır. Qadın güləşçilər 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla ümumilikdə 31 medal qazanıb.
Beləliklə, medallardan 63-ü qızıl, 49-u gümüş, 80-ni isə bürünc əyarlı olub. Pəhləvanlar 2008-ci ildə keçirilmiş "Qızıl Qran Pri"də 22, 2009-cu ildə 20, 2010-cu ildə 15, 2011-ci ildə 26, 2012-ci ildə 22, 2013-cü ildə 24, 2014-cü ildə 25, 2015-ci ildə isə 21 medal qazanılıb. 2016-cı ildə bu göstərici 17 olub.

report.az