Görmə qabiliyyətini itirənlərə şad xəbər: yaxında sizi xilas edəcəklər
29.11.2016

Amerikanın Pittsburq Universitetindən olan alimlər bəyan ediblər ki, gözün transplantasiyasını həyata keçirməyə hazırlaşırlar. Mütəxəssislər bunu yaxın 10 il ərzində reallaşdıracaqlarını bildiriblər.
Qeyd etmək lazımdır ki, alimlərin bu istiqamətdəki uğurlu fəaliyyətləri çoxlu insana kömək edəcək. Göz köçürməsi əməliyyatı nəticəsində travma və xəstəliklər səbəbindən itirilmiş görməni bərpa etmək mümkün olacaq. Hazırda mütəxəssislər bu eksperimental əməliyyatları siçovullar üzərində aparırlar.
Ekspertlərin sözünə görə, hazırda görmə siniri hüceyrələrinin həyat qabiliyyətinin qorunması və gələcək stimulyasiya üzərində iş aparılır. Alimlərin sözlərinə görə, əsas məsələ donordan götürülmüş gözlərin çıxarılması zamanı neyronları canlı saxlamağa nail olmaqdır. Onu da qeyd edək ki, gözün transplantasiyası ilə bağlı indiyə qədər aparılan əməliyyatların heç biri uğurlu olmayıb. Çünki həmin əməliyyatın həyata keçirildiyi eksperimental heyvanların heç biri kök hüceyrələri daşıya bilməyib.

saglamolun.az