Azərbaycanın xalq artisti, Dövlət Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri yenidən Türkiyəyə aparılıb.
Aktyorun ailəsindən verilən məlumata görə, Yaşar Nuri ötən gün axşam Türkiyədəki Amerika Xəstəxanasına yerləşdirilib.
Aktyor yenidən müvafiq müayinələrdən keçəcək və lazımi müalicə kursu müəyyənləşdiriləcək. Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva isə aktyorun yanına bu gün axşam gedəcək.
Yaşar Nurinin bu dəfə Türkiyədə nə qədər qalacağı məlum deyil.
Milli.Az