Dünyanın ən nüfuzlu qadınlarının siyahısı açıqlandı
23.8.2012

"Forbes" jurnalı dünyanın ən nüfuzlu qadınlarının ənənəvi siyahısını dərc edib.

Almaniya kansleri Angela Merkel yenə də liderliyini qoruyub.

ABŞ Dövlət Departamentinin katibi Hillari Klinton isə ikinci yerdə olub. Reytinqdə üçüncü yeri Braziliya prezidenti Dilma Russeff tutub. 4-cü yerdə Microsoft şirkətinin təsisçisi Bill Qeytsin həyat yoldaşı Melina Qeyts olub.

Media sahəsində çalışan bir neçə qadın da nüfuzlu hesab olunub. Bunlardan "Huffington Post" qəzetinin baş redaktoru Arianna Haffinqtonu göstərmək olar.

Milli.Az