Günün ulduz falı
30.9.2011

Qoç - Əgər maddi vəziyyətinizi yüksəltmək qayğısına qalmasanız, çox tezliklə peşman olacaqsız. İndi biznes planlarını həyata keçirmək üçün imkanlarınız genişdir. Bacardıqca az əsəbləşin.

Buğa - Özünüzü vəziyyətin ağası kimi hiss edəcəksiniz. Nəzərdə tutduğunuz xeyriyyə tipli məsələləri həll etmək sizin üçün çətinlik törətməyəcək. Səhhətinizdən şikayətiniz olmayacaq.

Əkizlər - Hər məsələyə ciddiliklə yanaşmayın. Həlli mümkün olmayan problemlər cəmi iyirmi faizdir. Səksən faiz problem isə, demək olar ki, öz-özünə həll olunur. Səhhətinizin qayğısına qalın.

Xərçəng - Ötən günlərin məstedici nostaljisilə vaxtınızı xəyallar aləmində uçmağa sərf etməyin - reallığa qayıdın. Bir işdən yapışıb, onun mütləq həyata keçməsi üçün cəcarətlə hərəkət edin.

Şir - Sizə təklif edilən xeyirxahlığın içində yamanlıq axtarsanız, onu əldən vermiş olarsınız. Hər işi vaxtında görüb qurtarın. Öz işinizə görə heç kəs sizə yalvaran deyil. Bütün insanlara hörmətlə yanaşın.

Qız - Əlinizdə imkan var ikən hamıya xeyirxahlıq göstərin, yaxın vaxtlarda onun şirin bəhrəsini dadacaqsınız, axı kim nə eləyirsə, özünə eləyir. Hələ ki, maliyyə uğurlarından danışmaq tezdir.

Tərəzi - Uğurlarınızı çoxaltmaq istəyirsinizsə, ancaq öz işinizlə məşğul olun. Diqqətinizi əsas işinizdən ayırıb başqalarının problemlərinə yönəltməyin. Səhhətinizi yorub incitmisiniz, indi qayğısını çəkməlisiniz.

Əqrəb - Romantik əhval-ruhiyyəniz yüksəkdir. Düşündüklərinizi həyata keçə biləcək plan şəklinə sala bilirsiz. Ünsiyyətlərə arxalanmamış indi ciddi bir iş görmək məsləhət deyil.

Oxatan - Dünya haqqındakı fəlsəfi fikirləriniz sizi bədbinliyə gətirib çıxarmamalıdır. Özünüzdə çalışqanlıq stimulu yaradın ki, əldə etdikləriniz planlaşdırdığınıza uyğun gəlsin.

Oğlaq - Birbaşa və kəskin sözlərdən, hələ ki, imtina etsəniz, ünsiyyətlərinizdə narazılıq olmaz. İndi onun hesabına daha çox iş görə bilərsiniz. Mənfəət haqqında düşünmədən fəaliyyət göstərin, pul özü gələcək.

Dolça - Məxariciniz mədaxilinizdən çoxdur, prinsiplərinizə uyğun gəlməyən mənbələrdən imtina etməyinizin yeri var. Sizi vicdanlı və ağıllı adam kimi tanıyırlar, bu, əslində, belədir. Ünsiyyətdə güzəştə gedin.

Balıqlar - Ətrafda baş verən məsələlərdə maraqlarınızın daha az olduğuna baxmayaraq, daha çox bəhrələnən də siz olacaqsız. Ayıqlıq göstərin, pis vərdişlərinizdən imtina edin. Hələ ki, pul yoxdur.