Maite Nkoana-Maşabene: "Cənubi Afrika Bakıda diplomatik nümayəndəlik açmağı planlaşdırır"
30.11.2016

"Azərbaycan və Cənubi Afrika bir sıra sahələr, o cümlədən aviadaşınma sahəsi üzrə 7 memorandum imzalamağa hazırdır".
Bunu Azərbaycanda səfərdə olan Cənubi Afrikanın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Maite Nkoana-Maşabene brifinqdə deyib.
Xanım nazir həmçinin Cənubi Afrikanın Azərbaycanla diplomatik məsləhətləşmələrin dövlətlərarası səviyyəyə qədər artırılmasında maraqlı olduğunu qeyd edib: "Bu səfərin müsbət nəticələri var. Bu nəticələr üzərində işi davam etdirmək lazımdır".
Jurnalistlərin sualını cavablandıran M.Nkoane-Maşabane Cənubi Afrikanın Bakıda diplomatik missiya açmağı planlaşdırdığını bildirib.

report.az