Fövqəladə Hallar Nazirliyinin idmançıları karate üzrə respublika çempionatında qələbə qazanıblar
30.11.2016

Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr və gənclər arasında 17-ci respublika birinciliyi, böyüklər arasında 24-cü respublika çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubundan bildiriblər ki, çempionatda 41 komandanın heyətində 430 idmançı mübarizə aparıb.

Gənclər arasında çempionatda İlyas Nağıyev (61 kq) üçüncü yeri tutub. Kişilər və qadınlar arasındakı yarışda isə Tural Ələkbərli (60 kq) və Aytən Rəfiyeva (68 kq) ikinci yerdə qərarlaşıblar.

FHN-in idmançıları çempionatlarda məşqçi Coşqun Sadıqovun rəhbərliyi ilə güclərini sınayıblar.

azertag.az