Soyuq çay içməyin!
23.8.2012

Yay vaxtı Bakı sakinlərinin ən çox üstünlük verdiyi içkilərdən biri də soyuq çaydır. Bəs bu içkinin insan orqanizmi üçün nə qədər təhlükəli olduğunu bilirsinizmi?

Rusiya mətbuatı xəbər verir ki, Çikaqoda yerləşən Loyola Universitetinin alimlərinin apardıqları araşdırma nəticəsində bəlli olub ki, bu içki böyrəklərdə daş formalaşdıran Oksalat maddəsinin həcmini artırır.

Alimlər deyirlər ki, 40 yaşdan yuxarı qadınlarda bu təhlükə daha çoxdur.

big.az