Qobustanın 16 ərazi vahidindən 7-də taxıl səpini başa çatıb
1.12.2016

Qobustan rayonunda payızlıq taxıl səpini davam edir və artıq 16 ərazi vahidindən 7-də əkin başa çatıb.

Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, bölgədə indiyədək 22 min 844 hektarda taxıl səpilib. Bundan 14 min 844 hektarı buğda, qalanı isə arpadır. Son günlər havaların əlverişli keçməsindən istifadə edən taxılçılar bütün qüvvələrini kampaniyanın müvəffəqiyyətlə başa çatmasına səfərbər ediblər. Hazırda sahələrə hər gün 70-dək səpin aqreqatı çıxarılır.

Qobustanlılar ötən mövsümə nisbətən bu il payızlıq taxıl əkinlərini daha 500 hektar genişləndirməyi nəzərdə tuturlar.

azertag.az