Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Türkiyənin İzmir şəhərində möhtəşəm konsert proqramı ilə çıxış ediblər.
Ahmed Adnan Sayqun adına Mədəniyyət Mərkəzində təşkil olunan konsert "Birinci İzmir festivalı" mədəniyyət layihəsi çərçivəsində keçirilib. Hakan Şensoyun dirijorluğu və orkestrin müşayiəti ilə məşhur muğam ustalarımızın ifaları hərarətli alqışlarla qarşılanıb.
azertag.az