Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istirahətdə olan iranlı qadın turist barəsində məhkəmə qərar çıxarıb.
Məhkəmənin qərarına əsasən, o, ölkədən deportasiya olunur.
Hadisə iranlı qadın turistin avtomobil idarə etməsi zamanı baş verib. 24 yaşlı BƏƏ sakini avtomobil yolunun sağ zolağı ilə hərəkət edirmiş. Bu zaman 34 yaşlı iranlı turist siqnal verərək ötmə əməliyyatı həyata keçirib. Ötmə əməliyyatını həyata keçirərkən iranlı turist BƏƏ sakininə orta barmağını göstərib. Bu zaman 24 yaşlı BƏƏ sakini iranlı turisti təhqir edib.
İki qadın arasında yaranan münaqişə məhkəməyə qədər gedib. Məhkəmənin qərarına əsasən, BƏƏ sakini 1000 dirhəm (273,2 dollar) məbləğində cərimə olunub. İranlı turistin isə deportasiya olunması barədə qərar qəbul olunub.
Milli.Az