Sumqayıt şəhər Qara Qarayev adına Uşaq musiqi məktəbində görkəmli bəstəkar Cahangir Cahangirovun anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verilib və Azərbaycan musiqisinə gətirdiyi yeniliklərdən söhbət açılıb.
Bildirilib ki, bəstəkarın yaradıcılığında xor musiqisi janrı əsas yer tutur. O, solist, xor və simfonik orkestr üçün “Arazın o tayında” vokal-simfonik poemasının, “Dostluq haqqında mahnı”, “Füzuli”, “Nəsimi” kantatalarının, “Sabir”, “Hüseyn Cavid-59”, “Böyük qələbə” oratoriyalarının, “Xanəndənin taleyi” operalarının və digər əsərlərin müəllifidir. Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı əsərləri ilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnılarının da olduğu bildirilib.
Tədbirdə məktəbin şagirdlərinin ifasında bəstəkarın asanlıqla ürəklərə yol tapan mahnılarından, “Qarabağ”, “Koroğlu” kinofilmlərindəki və “Azad” operasından musiqilər səsləndirilib.
azertag.az