Azərbaycanda Qurban bayramı noyabrın 6-da qeyd olunacaq. Azərbaycan
zəvvarları Həcc ziyarətinə avtobuslarla oktyabrın 25-26-dan yola düşməyə
başlayacaqlar. Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli deyib. Onun sözlərinə
görə, hər il olduğu kimi, bu il də Azərbaycandan təxminən 2000 nəfər
Həcc ziyarətinə gedəcək. Həcc ziyarətinə avtobusla gedənlər 40-41
avtobusla yola düşəcəklər.