Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına həsr olunmuş yeni layihəsinin icrasına başlanılır
1.12.2016

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə M.F.Axundzadə adına Milli Kitabxana Beynəlxalq Muğam Mərkəzi ilə birgə Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii musiqili məclislərin təşkili layihəsinin icrasına başlayır.

Nazirlikdən bildirilib ki, bu silsilədən ilk tədbir klassik Azərbaycan poeziyasının “günəşi” Məhəmməd Füzulinin yaradıcılığına həsr olunacaq. Poeziya və musiqinin vəhdətindən ibarət tədbirdə klassik ədəbiyyatımızın görkəmli tədqiqatçıları akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professor Buludxan Xəlilov və digər füzulişünas alimlərin çıxışları dinləniləcək, görkəmli aktyorların ifasında Füzuli şeirləri səslənəcək və məclis boyu tanınmış müğənnilərin ifasında şairin qəzəlləri oxunacaq.

Ədəbi-bədii musiqili məclisin ilk tədbiri dekabrın 2-də Azərbaycan Milli Kitabxanasında keçiriləcək.

azertag.az