Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, məşhur tarzən, Xalq Artisti Həbib Bayramovun 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə sənətkarın həyat və yaradıcılığından, milli musiqimizin formalaşmasındakı xidmətlərindən danışılacaq.
Tədbir çərçivəsində unudulmaz tarzənin sənət yolunu əks etdirən fotosərgi də açılacaq.
Gecədə respublikanın tanınmış ifaçılarının iştirak etdiyi konsert proqramı təqdim olunacaq.
azertag.az