Bu gündən Azərbaycan ərazisində havanın temperature nisbətən yüksəlməyə başlayacaq
24.8.2012

Bu gündən Azərbaycan ərazisində havanın temperature nisbətən yüksəlməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü verilən məlumata görə, avqustun 25-26-da ölkə ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında avqustun 25-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 25-də əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru Lənkəran-Astara zonasında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 24-29 dərəcə isti olacaq.

Trend