Belarus Dövlət Rabitə Akademiyasının rektoru, professor Andrey Zeneviç və akademiyanın ali məktəbəqədər hazırlıq fakültəsinin dekanı Yuri Stepançuk Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
ADNSU-dan bildiriblər ki, görüşdə universitetin fəaliyyəti, ixtisaslar və tədris prosesi haqqında ətraflı məlumat verilib.
Professor A.Zeneviç rəhbərlik etdiyi ali məktəbin rabitə və informasiya texnologiyaları sahəsində ixtisaslaşdığını diqqətə çatdırıb.
Rektor akademiyada xarici tələbələrin təhsil almaları və distant təhsilin həyata keçirilməsi üçün mövcud imkanlardan danışıb.
Sonra əməkdaşlıq məsələləri müzakirə edilib. İki ali məktəb arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətin davam etdirilməsinə dair razılıq əldə olunub.
azertag.az