Xanımlar, o sizi öldürə bilər
24.8.2012

Fransada aparılmış son araşdırmaların nəticələrinə görə, populyar kosmetik vasitələrin tərkibindəki kimyəvi maddələr qadınların orqanizmlərində allergiya, ürək-damar fəsadları yarada bilər, hətta reproduktiv funksiyaları pozar və ya ölümə səbəb ola bilər.

Məsələn, adi dodaq boyasının tərkibində qurğuşun, kadmium, perabenlər və metakrilat kimi zəhərli kimyəvi maddələr var. Ən təhlükəli maddə isə dodaq boyasında konservant qismində istifadə edilən triklozandır.

Fransız alimlər bildirirlər ki, triklozan ürəkdə ciddi problemlər yaradır, əzələ gücünü aşağı salır. Bundan başqa, triklozan çəkini artırır, qadında arzuolunmahz tüklərin sıxlığının çoxaldır və hətta qısırlığa səbəb olur.

Kosmetika "fanat"ı olan qadınlar isə ifrat istifadə nəticəsində ölə də bilərlər.

Fransa Kosmetik Vasitələr İstehsalçıları Assosiasiyası isə alimlərin açıqlaması ilə razılaşmadığını bildirib.

Milli.Az