Dekabrın 2-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Zamanla üz-üzə” IV beynəlxalq müasir musiqi layihəsi çərçivəsində konsert proqramı təşkil olunacaq.
Filarmoniyadan bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək konsert proqramında ukraynalı Vladimir Runçakın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Konsertdə Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Ülviyyə Hacıbəyova pianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən kompozisiyalar səsləndirəcək.
azertag.az