Bakı Olimpiya Stadionu dekabrın 31-də stadionda keçiriləcək “Ən Yeni il” konsert proqramına həsr olunmuş mediayarış elan edib.
Yarışa respublikada fəaliyyət göstərən bütün KİV-lər qatıla bilər. Belə ki, yarışın qaydasına əsasən, media nümayəndələri dekabrın 1-dən 20-dək sözügedən konsertlə bağlı məqalələrini, köşə yazılarını və videomateriallarını təmsil etdikləri mətbuat orqanlarında yerləşdirməli, istinad keçidlərini media@bos.az elektron ünvanına göndərməlidirlər. Qalibin seçimi zamanı təqdim olunan materialların orijinallığı ilə yanaşı, kreativliyinə diqqət yetiriləcək.
Qalib olacaq media orqanının təmsilçisi konsertdə iştirak edəcək müğənnilərdən eksklüziv müsahibə almaq şansı əldə edəcək.
azertag.az