Azərbaycanda İran mədəniyyəti günləri keçiriləcək
30.9.2011

İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni oktyabrın 3-də Azərbaycana səfər edəcək. Hüseyninin səfəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəvəti ilə Azərbaycanda keçiriləcək İran Mədəniyyəti Günləri çərçivəsində baş tutacaq.
Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə oktyabrın 3-dən 7-dək Azərbaycanda İran Mədəniyyəti Günləri keçiriləcək.
Xalça Muzeyində açılışı olacaq tədbirdə bir sıra rəsmi şəxslərin, səfirlərin iştirak edəcəyi gözlənilir.
3 gün Bakıda, 2 gün Gəncədə keçiriləcək Mədəniyyət Günləri çərçivəsində musiqi, kino, əlyazma, teatr, əl işləri, rəssamlıq nümunələri təqdim olunacaq, sərgi, konfranslar və digər tədbirlər keçiriləcək.
Mədəniyyət günləri çərçivəsində Çingiz Mehdipurun rəhbərlik etdiyi aşıqlar qrupu konsert verəcək. Həmçinin, Təbrizin tanınmış xəttatlarından olan Davud Niknamın əl işlərindən ibarət sərgi təşkil olunacaq.