Milli Gimnastika Arenasında 141 idmançı birincilik uğrunda mübarizə aparır
2.12.2016

Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi davam edir.

Milli Gimnastika Arenasında təşkil edilən yarışların ikinci günündə bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayırlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş), böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edirlər.

Ümumilikdə 141 gimnast Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Gömrükçü”, “Sərhədçi”, “Spartak” klubları, DİN-in İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edir.

Turnir boyunca təqdim olunan fləşmoblar, müsabiqələr tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş edir. Həmçinin, yarışın facebook səhifəsində aktiv istifadəçilər tərəfindən paylaşılan şəkillər yarış zalında quraşdırılmış böyük monitorda görüntülənir. Təbii ki, bu da öz növbəsində həm tamaşaçılara, həm yarış iştirakçılarına maraqlı anlar yaşadır.

Bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinc

azertag.az