Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” tamaşasının premyerası olub
5.12.2016

Dekabrın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə dramatik janrda hazırlanan eyniadlı tamaşanın premyerası olub.

89-cu teatr mövsümünün yeni səhnə əsəri olan “Leyli və Məcnun” Əməkdar Artist Nicat Kazımovun quruluşunda təqdim olunub.

Tamaşada əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazimov, aktyorlar Rövşən Abbasov, Elnur Kərimov, Mehriban Hüseynova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva və başqaları ifa edirlər.

Yeni səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

azertag.az