Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış “GoMap.az” milli onlayn naviqatorunun istifadəçilərinin sayı 100 mini keçmişdir.
Hazırda “GoMap.az” Azərbaycan dilində olan yeganə elektron xəritədir və istifadəçilərin 83 faizi məhz Azərbaycan dilində olan versiyadan istifadə edir.
Elektron xəritənin, həmçinin ingilis və rus dillərində versiyaları da vardır.
Sayta hər gün daxil olan 2 min 500 istifadəçi Azərbaycan dilində axtarış edir. “GoMap.az”-da istifadəçilərin axtarışları mövsümə və fəaliyyət aktivliyinə görə dəyişir.
Belə ki, may-iyun aylarında axtarışlar ən çox istirahət zonalarını və ictimai-iaşə obyektlərini əhatə edirdi. İyul ayından başlayaraq orta təhsil müəssisələri tərəfindən elektron xəritədə axtarışlar aparılır. Bu universitetlərə və kolleclərə qəbul imtahanlarının və yeni dərs ilinin yaxınlaşması ilə əlaqədardır.
Statistikaya görə, “GoMap.az” istifadəçilərinin 89 faizi Azərbaycandan daxil olur. İştirakçıların 11 faizi Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Gürcüstan, Almaniya, Çin və s. xarici ölkələrdəndir.