Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyanın iclası keçiriləcək
5.12.2016

Bakıda Azərbaycan-İran hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.
İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iclas dekabrın sonuna planlaşdırılıb.
"Biz iclasın dekabrın 27-də keçiriləcəyini gözləyirik, lakin dəqiq tarix hələ müəyyənləşdirilməyib", - məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan tərəfdən komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayev, İran tərəfindən - rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezidir.

report.az