Şamaxıda ötən illə müqayisədə 1865 hektar çox payızlıq taxıl əkilib.
Rayon statistika idarəsindən bildirilib ki, rayonun əksər ərazilərində, o cümlədən Sabir, Mədrəsə, Şəhriyar qəsəbə, Qızmeydan, Göylər, Çarhan, Quşçu və digər ərazi vahidlərində payızlıq taxıl əkini kampaniyası başa çatıb.
Hələlik 21 min 23 hektarda səpin aparılıb ki, bu da ötən ilin payızındakı göstəricidən 1865 hektar çoxdur.
Hazırda bir sıra ərazilərdə səpin davam edir.
azertag.az