“Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçiriləcək
5.12.2016

Dekabrın 7-də İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 98-ci ildönümü münasibətilə parlamentin üzvü olmuş Hacı Səlim Axundzadəyə həsr olunmuş sərgi və onun “Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçiriləcək.

Muzeydən bildirilib ki, kitabın tərtibatçısı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundovdur.

Qeyd edək ki, Hacı Səlim Axundzadə 1872-ci ildə anadan olub, sovet dövründə mühacirətdə yaşayıb, 1930-cu il dekabrın 15-də, 58 yaşında vəfat edir, Ənzəlidə torpağa tapşırılıb.

azertag.az