“Evrovision-2017” mahnı müsabiqəsində Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.
İTV-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, dekabrın 5-də müsabiqədə ölkəmizi hansı müğənninin təmsil etməsi ilə bağlı münsiflər heyətinin iclası keçirilib.
İclasda bu missiyanın Diana Hacıyevaya həvalə edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, 1989-cu ildə Bakı şəhərində anadan olan D.Hacıyeva hazırda Bakı Caz Mərkəzində çalışır. O, “Bəri bax” kollektivinin solistidir. Diana Hacıyeva “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifat mərhələsini keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda altıncı olub.
Xatırladaq ki, “Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.
azertag.az