Yarat Müasir İncəsənət Mərkəzində “Şərqi hiss et” adlı muzey gecəsi təşkil olunub.
Gecədə şərq mədəniyyətinin bir çox sahələrini əhatə edən silsilə tədbirlər həyata keçirilib. Maraqla dolu gecədə Azərbaycan Dövlət “Yuğ” Teatrının aktyorları - Yaqut Paşazadə, Qasım Nağı və Ləman Novruzova maraqlı performanslarla çıxış ediblər.
Həmçinin, tədbirdə Azərbaycan klassik ədəbiyyatının ən dəyərli incilərindən olan Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından parçalar və Xalq Artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında F.Əmirovun “Nizami” simfoniyası dinlənilib.
azertag.az