Birinci Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi açılacaq
5.12.2016

Dekabrın 9-da Azərbaycan Rəssamlar İttifaqında “Dostluğun sehri” adlı I Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi açılacaq. “Multikulturalizm ili” çərçivəsində reallaşacaq sərgi Təhsil Nazirliyi, Bakı şəhər Uşaq Yaradıcılıq Mərkəzi, Azərbaycan Rəssamlar İttifaqı və Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Rəssamlar İttifaqından bildirilib ki, müsabiqəyə təqdim olunan 480 əsərdən 90-ı I, II, III, 26 rəsm işi isə həvəsləndirici yerlərə layiq görülüb.

Fırça ustalarının 200-dək sənət əsərinin nümayiş olunacağı sərgi çərçivəsində konsert proqramı da nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqəyə 10-dək xarici ölkənin fırça ustaları qatılıb.

azertag.az