Avstriyanın tanınmış ifaçısı Bakıda çıxış edəcək
6.12.2016

Dekabrın 9-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Zamanla üz-üzə” IV beynəlxalq müasir musiqi layihəsi çərçivəsində növbəti konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə Avstriyanın tanınmış dirijoru Roland Freisitzerin müşayiəti ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertdə, həmçinin Xalq Artisti Gülbaçı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının çıxışı da nəzərdə tutulur.

Gecədə avstraliyalı məşhur alt ifaçısı Yuliya Purginanın dünya bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyaları dinləniləcək.

azertag.az