İtaliyanın Sereqno şəhərində Ettore Pozzoli adına gənc pianoçuların üçüncü beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqənin “B” kateqoriyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin V sinif şagirdi Nuray Əliyeva çıxış edib.
Baş İdarədən bildirilib ki, müsabiqədə 10 ölkədən gənc pianoçular iştirak edib. Yarışmanın beynəlxalq dərəcəli münsiflər heyəti Nurayı “Partecıpazıone-Sertıfıkato de Merıto” diplomuna layiq görüb. Tamaşaçılar arasında keçirilən rəy sorğusuna əsasən isə həmyerlimiz III dərəcəli mükafat alıb və müsabiqənin laureatı adını qazanıb.
azertag.az